...:::TÜRKİYƏ DƏYANƏT VƏQFİ BAKI TÜRK LİTSEYİ:::...

Bizi Birləşdirən Odur!!!


    Yeni Kəşflər

    Payla
    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir C.a. 12 Apr. 2007, 14:20

    Astronomlar ilk dəfə Günəş sistemindən kənarda su tapıblar

    Peqas bürcündə yerləşən sulu planet Yerdən 150 işıq ili uzaqlıqdadır
    Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən planetdə su tapıblar. ANS PRESS «Reuters» agentliyinə istinadən bildirir ki, su buxarlarının izləri Amerika alimləri tərəfindən Peqas bürcünün Yupiterə bənzər HD 209458b planetinin atmosferində aşkar edilib. Bu elmi tapıntının müəlliflərindən birinin dediyinə görə, yenilik bu tipli çox planetdə suyun olması ilə bağlı ehtimalları təsdiq edib. HD 209458b planeti Yerdən 150 işıq ili uzaqlıqdadır. Onun öz «günəş»i ətrafında fırlanma dövrü çox kiçikdir - cəmi 3,5 Yer sutkasına bərabərdir. Buna görə də alimlər onu çox asanlıqla müşahidə edə biliblər.
    Başqa planetlərdə suyun olub-olmaması məsələsi alimləri həmişə xüsusi olaraq narahat edib, çünki onun olması orqanik həyatın yaranmasının ilk şərtlərindən biridir. Xatırladaq ki, Marsda uzun sürən su axtarışları hələ ki, dəqiq bir nəticə əldə etməyə imkan verməyib.
    avatar
    Admin
    Admin

    İsmarıc sayı : 85
    Localisation : Ankara/Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan Admin Bir C.a. 12 Apr. 2007, 14:22

    Suyun olamasının üzvü heyatın başlanğıcı olması mence absurddur. Idea
    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir C.a. 12 Apr. 2007, 15:02

    Susuz heyat olar?
    avatar
    Admin
    Admin

    İsmarıc sayı : 85
    Localisation : Ankara/Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan Admin Bir C.a. 12 Apr. 2007, 15:04

    Olmağına olmaz amma bu o demek deyil ki heyat suda başlamalıdı.
    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir C.a. 12 Apr. 2007, 15:13

    Admin yazıb:Olmağına olmaz amma bu o demek deyil ki heyat suda başlamalıdı.
    Başqa planetlərdə suyun olub-olmaması məsələsi alimləri həmişə xüsusi olaraq narahat edib, çünki onun olması orqanik həyatın yaranmasının ilk şərtlərindən biridir.
    Kim deyir ki həyat suda başlamalıdı?Yəni ki orda həyatın mövcud olması üçün suyun olması vacibdir.
    avatar
    Admin
    Admin

    İsmarıc sayı : 85
    Localisation : Ankara/Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan Admin Bir C.a. 12 Apr. 2007, 15:14

    Men xahiş edirem bu mövzuya Darvinçi olmayan Bioloqlar öz fikrini bildirsin. Şahin olmadı daaa
    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir C.a. 12 Apr. 2007, 15:20

    Burda cəmi iki bioloq olduğunu nəzərə alsaq onda bu təkcə sizin söhbətiniz olur. Onda day bu forum olmur ki.
    avatar
    Admin
    Admin

    İsmarıc sayı : 85
    Localisation : Ankara/Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan Admin Bir C.a. 12 Apr. 2007, 15:57

    Şahin men fikrini bildirsin dedim. Bir deki gel mövzudan kenara getmeyek.
    avatar
    QOCALI
    Forumun ürəyi
    Forumun ürəyi

    İsmarıc sayı : 105
    Age : 27
    Localisation : Ankara
    Registration date : 15/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan QOCALI Bir C.a. 12 Apr. 2007, 16:04

    soruşmaq ayıb olmasın siz burda neyi müzakire edirsiz?
    avatar
    ANAR
    Admin

    İsmarıc sayı : 31
    Age : 28
    Localisation : ANKARA/TÜRKİYE
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan ANAR Bir Ç.a. 17 Apr. 2007, 11:36

    admin qağa bioloq oldun gerek olmayana qulp qoyasan?!?!?! falcon uşaq düz deyir deee... [ su heyatın başlanğıcıdı]
    avatar
    Dr_ASP
    Yeni üzv
    Yeni üzv

    İsmarıc sayı : 24
    Registration date : 15/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan Dr_ASP Bir Ç.a. 17 Apr. 2007, 21:22

    deyoirsiz esebleshim mensiz bele muzakireler elemeyin Very Happy settarla razitam su olmasi o demek deyilki orda heyat var. yoxsa siz de ucuz kesflere gore mehshurlashan darvin kimi fikirleshirsiz? Evil or Very Mad gelin bele bir shey sorushum sizce hansisa planetde heyat var? movzuya tam ciddi dini ve elmi cehetden yanashin. faktlarla danishaq. shahin sen yaxshi bilersen Shocked daha holliwud kinosuna chevirmeyek tongue
    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir Çər. 18 Apr. 2007, 13:41

    Əlbəttə, Yerdən başqa heç bir yerdə həyat yoxdur. Yazılanları diqqətlə oxuyun, onda görəssiz ki heç kəs başqa planetlərdə həyat olduğunu yazmayıb. Mübahisə suyun həyatın başlanğıcı olması və ya susuz həyatın olub-olmamasından düşdü. Hər halda suyun insan orqanizminin 70%-indən çoxunu təşkil etdiyini demək bu əsassız mübahisəyə nöqtə qoyulamsına bəs eliyər. study


    Redaktə edən: , son redaktə tarixi: Çər. 18 Apr. 2007, 15:31, cəmi 1 dəfə
    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir Çər. 18 Apr. 2007, 15:30

    Elmin inkişafı kişiləri məhv edəcək.Alimlər sümük iliyindən erkek hüceyrələri əldə etməyə nail olublar.Bununla insanın nəsil artımında kişilərin rolunu azaldacaq nailiyyət əldə edilib.Laboratoriyada əldə edilmiş nəticələrə görə, bu üsüllarla yalnız qız uşaqları doğula biləcək. Çünki oğlan uşağının dünyaya gəlməsi üçün lazım olan «Y» xromosonu yalnız kişilərdə olur.
    avatar
    Dr_ASP
    Yeni üzv
    Yeni üzv

    İsmarıc sayı : 24
    Registration date : 15/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan Dr_ASP Bir Ş. 21 Apr. 2007, 20:07

    tible bagli bu melumatin menbesin de da mene
    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir B. 22 Apr. 2007, 19:47

    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir B. 22 Apr. 2007, 19:49

    Xərçəngin dərmanı çaydır

    ABŞ alimlərinin tədqiqatları nəticəsində məlum olub ki, gündə iki fincan çay içmək dəri xərçəngi riskini 65 faiz azaldır
    Gündə iki fincan çay içmək dəri xərçəngi riskini azaldır, limonlu çay isə bu riski 65 faizə kimi endiririr. Bu nəticəyə 1400 dəri xərçənginə yoluxmuş adamı tədqiq edən Amerika alimləri gəlibələr. Alimlərin sözlərinə görə, çayı limonla içmək bu riski daha da azaldır. Araşdırmaların nəticələri "European Journal of Cancer Prevention" («Avropa Xərçəngin qarşısının alınması» jurnalı) adlı tibb jurnalında dərc edilib. Alimlərin qənaətinə görə, çayın içindəki "polifenol" maddəsi antioksidan özelliyi sayəsində xərçəngdən müdafiə edir. Ancaq alimlər bildirirlər ki, bütün bunlar dərini xərçəngdən qorumaq üçün kifayət deyil. Bunun üçün ən yaxşı vasitə dərini günəşdən qorumaqdır.
    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir C.a. 26 Apr. 2007, 15:57

    İsrailli həkimlər ağıllı diş ixtira ediblər

    İxtiraçıların bu kəşfi məhz yaddaşı zəif olduğundan dərmanları lazımi vaxtda qəbul etməyi unudan pasientlər üçün nəzərdə tutulur
    İsrailli alimlər ağıllı diş ixtira ediblər. Hər kəsə bəllidir ki, həkimin yazdığı dərmanları vaxtı-vaxtında qəbul olunması müalicə prosesində əhəmiyyətlidir və həkimlər adətən bunu dönə-dönə pasientlərinə xatırladırlar. Lakin bu tələbləri yerinə yetirmək, xüsusilə də əgər insanda yaşla və ya genetikayla bağlı yaddaş zəifliyi varsa, problem yaradır. İxtiraçıların bu kəşfi isə məhz yaddaşı zəif olduğundan dərmanları lazımi vaxtda qəbul etməyi unudan pasientlər üçün nəzərdə tutulur. Yeni kəşf olunan ağıllı dişi əldə etmək üçün sadəcə diş həkiminə getmək lazımdır. Vaxtında və lazımi miqdarda dərman püskürən diş çənə sümüyünə implantasiya edilir. Bunundan sonra dərman qəbulu haqqında düşünməmək olar. Sadəcə olaraq, implantı arada bir lazımlı dərmanla doldurmaq gərəkdi. İmplantı da doldurmağı unudanlar üçün isə, preparat hazırlamaqda tibb elmi hələ ki, acizdi./ANS/
    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir B.e. 07 May 2007, 14:34

    Yaponiyalı alim ilk android yaradıb

    Ən yeni texnalogiyalar vasitəsi ilə yaradılan robot nəfəs almağa bənzər hərəkət də daxil olmaqla, insanın bir çox hərəkətlərini icra edə bilir
    Yaponiyanın Osaka şəhərində universitet professoru olan Xeroşi İşequra rəhbərlik etdiyi elmi kollektivin ən yeni texnologiyalar əsasında hazırladığı robotu nümayiş etdirib. Robotun adı Jeminoydur. Böyük zəhmət hesabına başa gəlmiş bu robot zahirən professor İşequranın təkrarıdır. O, dərisində yerləşdirilmiş 50-yə qədər elektron qurğunun fəaliyyəti sayəsində hərəkət edir. Robot nəfəs almağa bənzər hərəkət də daxil olmaqla, insanın bir çox hərəkətlərini icra edə bilir. Professor İşequra bu aparatın özünə tam oxşamasına nail olmaq üçün onun başına hətta öz tüklərini də əkib. O, hesab edir ki, bu robot gündəlik həyatda faydalı işlər görə bilər. Məsələn, professorun vaxt çatışmazlığı ucbatından görə bilmədiyi işləri bu robota həvalə etmək olar. Əlavə edək ki, bu ixtiranın əsasında da elə robotların insanın köməkçisi ola bilməsi ideyası dayanır. /ANS/
    avatar
    falcon
    Admin

    İsmarıc sayı : 115
    Age : 28
    Localisation : Ankara, Türkiye
    Registration date : 12/03/07

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan falcon Bir C.a. 24 May 2007, 19:54

    Keçəlliyin dərmanı tapılıb
    Yeni kəşf yaraların sağalmasının və regenerasiyanın müxtəlif aspektləri üçün də ümidvericidir
    Pensilvaniya Universitetinin alimləri yeganə gendən istifadə etməklə saç göyərtməyin mümkün olduğunu deyirlər. İnsan başında 100 min kiçik saç kisəciyi - follikulu var. Onların hər birindən bir saç göyərir. Pensilvaniyalı alimlər müəyyən ediblər ki, yaraların sağalmasında mühüm rol oynayan "wnt" adlı gen yeni saç follikullarının istehsalında da rol oynayır. Sınaq zamanı siçanlardan dərinin kənar qabığının - epidermisin kiçik hissələri çıxarılıb. Təkcə bu addımdan sonra yaralanmış sahədə hüceyrə aktivliyi müşahidə olunub. Bu zaman yeni saç follikulları peyda olmağa başlayıb. Lakin "wnt" geni blokirovka ediləndə, saç follikulları istehsal edilməyib. Ancaq gen daha da gücləndiriləndə, onları sayı xeyli artırmış. Alimlər hesab edirlər ki, onların icadı yeni müalicə yolları üçün başlanğıc ola bilər. Bu icad sadəcə keçəlliyin müalicəsi üçün yox, yara sağaltmağın və regenerasiyanın müxtəlif aspektləri üçün də ümidvericidir. /ANS-PRESS/

    Sponsored content

    Geri: Yeni Kəşflər

    Yeni mövzu tarafndan Sponsored content


      Forum saatı: Ç.a. 21 Noy. 2017, 00:58